Geodeziya cihazlarının kalibrovkası və servisi
Taxeometr, GNSS qəbuledici və nivelirlərin yoxlanması, yustirovkası, təmiri, RTK quraşdırılması və təlim. SOUTH rəsmi servisi, digər brendlərə də xidmət.

Geodeziya işlərində dəqiqlik təkcə geodezistin təcrübəsindən deyil, cihazın vəziyyətindən də asılıdır. Daşınma zamanı zərbələr, temperatur dəyişmələri və uzun istismar taxeometrin, nivelirin və GNSS qəbuledicinin oxlarını tədricən sürüşdürür, nəticədə topoqrafik çəkilişdə və ya obyektin natura çıxarılmasında hiss olunmayan, lakin təhlükəli xətalar yaranır. Dövri yoxlama və yustirovka bu riskin qarşısını alır və avadanlığın ömrünü uzadır.
Topoqraf AZ SOUTH firmasının Azərbaycanda rəsmi distribyutorudur: SOUTH cihazları üçün rəsmi zəmanət servisi və zəmanətdən sonrakı xidmət göstəririk. Bakıdakı servis bölməmizdə Leica, Topcon, Trimble, Sokkia, Nikon və CHC cihazları da qəbul olunur. Hər yoxlamanın nəticəsi ölçmə göstəriciləri əks olunmuş kalibrovka protokolu və ya yoxlama aktı ilə təhvil verilir.
Bölmədə taxeometr və nivelirlərin yustirovkası, GNSS qəbuledicilərin servisi, cihazların təmiri, GNSS RTK sisteminin quraşdırılması və geodeziya cihazları üzrə təlim xidmətləri ilə tanış ola bilərsiniz.






