Topoqraf.az logo Topoqraf.az logo
Xidmətlər

3D lazer skanlama

Bina, fasad, sənaye qurğusu və ərazilərin 3D lazer skanı: milyonlarla nöqtədən ibarət dəqiq nöqtə buludu, çertyojlar və 3D modellər.

3D lazer skanlama

3D lazer skanlama obyektin səthini saniyədə yüz minlərlə, hətta milyonlarla nöqtə ilə ölçərək onun tam rəqəmsal surətini — nöqtə buludunu yaradan müasir geodeziya üsuludur. Ənənəvi ölçmələrlə günlərlə davam edən işlər bir neçə saata tamamlanır, ölçülməsi çətin və təhlükəli yerlərə isə yaxınlaşmaq lazım gəlmir.

Topoqraf AZ Bakıda və Azərbaycanın bütün bölgələrində yerüstü (stasionar) lazer skanerlər və SLAM əl skanerləri ilə işləyir. Binaların, fasadların, sənaye qurğularının, tarixi abidələrin skanını aparır, karyer və anbarlarda həcmləri ölçürük. Skanlar GNSS RTK və taxeometrlə dövlət koordinat sisteminə, WGS-84 və ya UTM 39N sisteminə bağlanır.

Nəticə olaraq nöqtə buludu (E57, LAS, RCP), AutoCAD çertyojları, kəsiklər, 3D modellər və Scan to BIM üçün əsas təhvil verilir. Tipik dəqiqlik ±2–6 mm-dir.

Suallar

Tez-tez verilən suallar

3D lazer skanlama nədir?

Bu, lazer şüası ilə obyektin səthində milyonlarla nöqtənin koordinatını ölçüb onun dəqiq rəqəmsal surətini (nöqtə buludunu) yaradan ölçmə üsuludur.

Lazer skanlama ənənəvi ölçmədən nə ilə fərqlənir?

Taxeometr ayrı-ayrı nöqtələri ölçür, skaner isə bütün səthi tam qeydə alır. Bu, sonradan istənilən ölçünü ofisdə götürməyə imkan verir və təkrar sahə səfərinə ehtiyacı azaldır.

Qiyməti nədən asılıdır?

Obyektin sahəsindən, mürəkkəbliyindən, tələb olunan nəticədən (nöqtə buludu, çertyoj və ya model) və müddətdən asılıdır. Saytdakı kalkulyatorla təxmini hesablaya və ya bizə zəng edə bilərsiniz.

Xidməti sifariş et

Ərazi və iş haqqında qısa məlumat yazın — qiymət və müddəti dəqiqləşdirək.

Mütəxəssisimiz qısa müddətdə sizinlə əlaqə saxlayacaq.

Bunlar da maraqlı ola bilər

Yeni layihələr üçün əlaqə saxlayın. Peşəkar komandamız hər zaman sizin yanınızdadır!

whatsapp-avatar
Topoqraf Typically replies within 1 hour
Topoqraf.azOnlayn məsləhət
Salam! Sualınızı yazın — mütəxəssisimiz qısa müddətdə cavab verəcək.