Geodeziya, topoqrafiya və mühəndis-axtarış xidmətləri
Mühəndis-geodeziya, geoloji, hidrogeoloji, geofiziki axtarışlar və qruntların laboratoriya tədqiqatı EL-845/2026 nömrəli lisenziya əsasında aparılır.
Lisenziyalı xidmət · EL-845/2026Kataloqda 18 istiqamət · 99 xidmət

Topoqrafik çəkiliş ✓
Bakıda və bütün Azərbaycanda 1:500–1:5000 miqyaslı topoqrafik planlar, kommunikasiya xətləri, landşaft və dendroplan çəkilişləri — lisenziyalı geodezistlərdən.
Tikintidə geodeziya müşayiəti- İcra çəkilişi və mühəndis qurğularının ölçülməsi
- Geodeziya dayaq şəbəkəsinin yaradılması
- Yol və xətti qurğular üçün geodeziya axtarışı
- Torpaq işlərinin həcm hesablamaları
- Deformasiya monitorinqi və binaların çökmə müşahidəsi
- Geodeziya ekspertizası və məsləhət

Yerə köçürmə (ayırma) işləri ✓
Layihədəki bina oxlarının, svayların, sərhəd nöqtələrinin, yol və kommunikasiya trassalarının GNSS RTK və taxeometrlə ərazidə dəqiq işarələnməsi.
- Fərdi ev tikintisi üçün geoloji axtarış
- Çoxmərtəbəli binalar üçün geoloji axtarış
- Yol tikintisi üçün geoloji axtarış
- Qaz və su boru kəmərləri üçün geoloji axtarış
- Geoloji qazma işləri
- Qruntların çöl sınaqları (zondlama, ştamp)
- Kotlovanın geoloji baxışı
- Mövcud binaların özül qruntlarının tədqiqi
- Təhlükəli geoloji proseslərin qiymətləndirilməsi
- Mühəndis-geoloji hesabat, ekspertiza və məsləhət

Geofiziki tədqiqatlar ✓
Elektrik və seysmik kəşfiyyat, georadar, torpaq müqavimətinin ölçülməsi — qazma aparmadan yeraltı quruluşun, qrunt suyunun və boşluqların öyrənilməsi.
- Torpaq sahəsinin ölçülməsi və koordinatlarının təyini
- Əmlak sənədləri üçün ölçmələr
- Sərhədlərin bərpası, dəqiqləşdirilməsi və mübahisələr üçün ölçmə
- Torpaq sahəsinin bölünməsi və birləşdirilməsi
- Bina, mənzil, həyət evi və qeyri-yaşayış sahələrinin ölçülməsi
- Su quyusunun yerləşmə planı və koordinatları

Dronla aerofotoçəkiliş
Dronla topoqrafik çəkiliş, ortofotoplan, fotoqrammetrik 3D model və tikintinin havadan monitorinqi. GNSS RTK ilə ölçülmüş nəzarət nöqtələrinə bağlı dəqiq nəticələr.
3D lazer skanlama
Bina, fasad, sənaye qurğusu və ərazilərin 3D lazer skanı: milyonlarla nöqtədən ibarət dəqiq nöqtə buludu, çertyojlar və 3D modellər.

3D maketlərin hazırlanması
Memarlıq, şəhərsalma və relyef maketlərinin real topoqrafik plan və layihə çertyojları əsasında dəqiq miqyasda hazırlanması — Bakıda.

Cihazların kalibrovkası və servisi
Taxeometr, GNSS qəbuledici və nivelirlərin yoxlanması, yustirovkası, təmiri, RTK quraşdırılması və təlim. SOUTH rəsmi servisi, digər brendlərə də xidmət.
Bütün respublika ərazisində xidmət göstəririk
Bakıdan Naxçıvana, Şuşadan Lənkərana qədər — briqadalarımız və avadanlıqlarımız ölkənin istənilən nöqtəsinə çıxır.






