Layihələr
Sumqayıtda polad karkaslı sənaye binasında geodeziya ölçmələri
Sumqayıtda sənaye obyektində polad karkaslı binanın üst səviyyəsində geodeziya ölçmələri aparıldı. Taxeometr ştativə qurularaq işçi nöqtələr layihə koordinatlarına uyğun yerinə köçürüldü, sahədə nişanlandı.
Belə işlərdə əsas tələb konstruksiya elementlərinin layihədəki mövqeyinə dəqiq uyğun gəlməsidir. Ölçmələr montajçılarla birlikdə, tikinti gedişatına uyğun mərhələlərlə yerinə yetirilir.









