Bakı Beynəlxalq Dəniz Ticarət Limanı — Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində Peşəkar Geodeziya və Topoqrafiya Xidmətləri
Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ərazisində inzibati bina, gübrə terminalı, anbar sahələri, TIR parkı və landşaft zonalarının tikintisi zamanı yüksək dəqiqlikli geodeziya və topoqrafiya işləri icra olunmuşdur. Layihə çərçivəsində relyefin çıxarılması, koordinat şəbəkəsinin qurulması, ox və bucaq nöqtələrinin təyini, kommunikasiya xətlərinin layihələndirilməsi, həcmlərin hesablanması və icra nəzarəti müasir nivelir, nivo, total station, GNSS cihazları vasitəsilə həyata keçirilmişdir. Bütün geodeziya müşayiəti beynəlxalq standartlara uyğun təşkil edilmiş və layihə sifarişçiyə uğurla təhvil verilmişdir.







