Topoqraf.az AutoCAD plagini: tezliklə

Topoqraf.az komandası illərdir sahədə və ofisdə gördüyü işlər üçün öz AutoCAD plaginini hazırlayır. Məqsəd sadədir: sahədən gələn ölçüdən hazır çertyoja qədər olan gündəlik geodeziya və topoqrafiya işlərini bir menyuda toplamaq və əl ilə görülən təkrar işləri azaltmaq.
Plagin hazırda daxili sınaqdadır və 1 dekabr 2026-da təqdim olunacaq. Bu yazıda nələr hazırladığımızı qısaca göstəririk.
Bir paketdə nələr var
- Koordinatlar və geodeziya — nöqtələrin idxalı və ixracı, nöqtə bazası, WGS 84 və bütün UTM zonaları, koordinat çevirmələri.
- Relyef və topoqrafiya — səth (TIN), horizontallar, topoqrafik şərti işarələr, obyektlərin klassifikatoru.
- İcra sxemləri — layihə ilə faktiki ölçülərin müqayisəsi, toleransı aşan kənarlaşmaların işarələnməsi, kənarlaşma cədvəli.
- Torpaq işləri — həcmlərin hesablanması və planlaşdırma.
- Yollar, profillər və en kəsiklər.
- Memarlıq və baş plan — divarlar, qapı-pəncərələr, otaqlar, şəbəkələr.
- Gündəlik CAD alətləri — mətn və cədvəllər, laylar, bloklar, vərəqlər, miqyas və ölçü sistemi.
Ümumilikdə 18 qrupda 700-dən çox əmr. Hamısı AutoCAD lent menyusunda (Ribbon) iki tabda toplanıb. Plagin dörd dildə işləyir: azərbaycan, rus, ingilis və türk.
İcra sxemləri: layihə ilə fakt yan-yana
Plaginin ən güclü tərəfi icra sxemləridir. Bünövrədən və kolonlardan boru xətlərinə qədər tikinti elementləri kataloqu var: elementi seçirsiniz, yoxlama növü və tolerans özü gəlir, norma istinadı isə pəncərədə göstərilir. Dəyəri öz layihənizə görə dəyişə bilərsiniz.

Ölçülərdə layihə qiyməti toleransı ilə yuxarıda, faktiki qiymət aşağıda yazılır. Toleransdan artıq kənarlaşma ayrıca rənglə seçilir. Bunu bütün çertyoj üçün bir dəfəyə etmək olur. Avtomatik icra sxemi isə layihə və ölçmə məlumatlarını laylardan oxuyur və kənarlaşmaları özü hesablayır.

TopoEarth: KML və KMZ birbaşa AutoCAD-a
Google Earth faylları (KML/KMZ) orijinal koordinatlarda idxal olunur. UTM zonası və yarımkürə avtomatik seçilir, hündürlüklər və obyekt adları saxlanılır. Plagin bütün dünya üçün hazırlanıb: əsas sistem WGS 84 və UTM-dir, yerli sistemlər isə əlavə seçim kimi qalır.

Topoqrafiya və miqyas
Topoqrafik şərti işarələr kitabxanası kateqoriyalara bölünüb, işarənin forması seçilmiş miqyasa görə dəyişir. "Miqyas və ölçü sistemi" pəncərəsində miqyas, vahid, mətn hündürlüyü və ölçü üslubu bir yerdə qurulur, mövcud yazılar isə yeni miqyasa uyğunlaşdırılır.

Nə vaxt?
Plagin 1 dekabr 2026-da təqdim olunacaq. Yenilikləri burada və sosial şəbəkələrimizdə paylaşacağıq — bizi izləyin.






